...

NATO-nun xxüsusi nümayəndəsinin Bakıya səfəri yenidən təxirə salınıb

Siyasət Materials 10 İyun 2011 00:01 (UTC +04:00)
NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Apparturayın cümə gününə planlaşdırılan Bakı səfəri Brüssel hava limanının işçilərinin gözlənilməyən tətili səbəbindən təxirə salınıb.
NATO-nun xxüsusi nümayəndəsinin Bakıya səfəri yenidən təxirə salınıb

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir Y.Ostapenko/

NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Apparturayın cümə gününə planlaşdırılan Bakı səfəri Brüssel hava limanının işçilərinin gözlənilməyən tətili səbəbindən təxirə salınıb.

Alyansın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, NATO-nun nümayəndə heyətinin Bakıya səfər üçün daha əlverişli vaxt müzakirə olunur.

Bu, Appaturayın başçılıq etdiyi nümayəndə heyətinin planlaşdırılmış və təxirə salınmış artıq ikinci səfəridir.

Xatırladaq ki, əvvəl NATO-nun nümayəndə heyətinin Azərbaycana səfəri mart ayında baş verməli idi, lakin o səfər Liviyada baş vermiş hadisələr səbəbindən təxirə salınmışdır.

Xəbər lenti

Xəbər lenti