...

Azərbaycan-ABŞ hərbi əməkdaşlığı müzakirə olunub

Siyasət Materials 23 İyun 2011 14:48 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ-ın müdafiə katibi köməkçisinin müavini xanım Seleste Vollanderi qəbul edib.
Azərbaycan-ABŞ hərbi əməkdaşlığı müzakirə olunub

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ-ın müdafiə katibi köməkçisinin müavini xanım Seleste Vollanderi qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkələr arasında hərbi əməkdaşlıq məsələlərinin vacibliyini vurğulayan Əbiyev bölgədəki hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Ermənistanın yaratdığı problemləri qonağın diqqətinə çatdırıb.

Xanım Vollander də öz növbəsində ABŞ-ın Azərbaycanla hərbi əməkdaşlığa üstünlük verdiyini və bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

Görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza ölkəsinin Azərbaycana təyin etdiyi yeni hərbi attaşe - polkovnik Daniel Qrillonu nazir Səfər Əbiyevə təqdim edib.

Xəbər lenti

Xəbər lenti