...

Azərbaycan Prezidenti Kazanda keçiriləcək XXVII Ümumdünya Universiadasının kəndi ilə tanış olub

Siyasət Materials 24 İyun 2011 19:28 (UTC +04:00)
İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tatarıstan Prezidenti Rustam Minnixanovun müşayiəti ilə 2013-cü ildə Kazanda keçiriləcək XXVII Ümumdünya Universiadasının kəndi ilə tanış olub
Azərbaycan Prezidenti Kazanda keçiriləcək XXVII Ümumdünya Universiadasının kəndi ilə tanış olub

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tatarıstan Prezidenti Rustam Minnixanovun müşayiəti ilə 2013-cü ildə Kazanda keçiriləcək XXVII Ümumdünya Universiadasının kəndi ilə tanış olub, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Prezident İlham Əliyevə məlumat verildi ki, XXVII Universiadanın Kazanda keçirilməsi 2008-ci ildə Beynəlxalq Tələbə İdmanı Federasiyasında səsvermənin nəticəsinə əsasən qərara alınıb. Kazanla yanaşı, İspaniyanın Viqo və Koreya Respublikasının Kvanju şəhərləri də Universiadaya ev sahibliyi etmək iddiasında olublar.

Universiada kəndi ilə tanışlıq zamanı dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bu kəndin inşasına 2008-ci ildən başlanılmışdır. Üç il ərzində burada 25 idman obyekti tikilib. Ümumilikdə isə burada 64 idman obyektinin tikilməsi nəzərdə tutulur. Obyektlərin hamısında veb-kameralar quraşdırılıb. Bu, eyni vaxtda idman arenalarında baş verənləri izləmək imkanı yaradır.

Prezident İlham Əliyev burada otaqlarda yaradılan şəraitlə tanış oldu, tibb otağına baxdı. Bildirildi ki, XXVII Universiadada dünyanın hər yerindən gələn tələbə idmançılar 300-dən çox medal uğrunda mübarizə aparacaqlar. Bu, indiyədək keçirilmiş universiadalar arasında rekord göstərici olacaq.

Dövlətimizin başçısı videozalda Universiadanın idman proqramı ilə bağlı təqdimata baxdı.
Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Universiadası kəndinin Xatirə kitabına ürək sözlərini yazdı.

Sonda dövlətimizin başçısına Universiada kəndinin tarixi barədə kitab təqdim edildi.

Xəbər lenti

Xəbər lenti