...

Pakistanda Azərbaycan Silahlı Qüvvələri günü qeyd olunub (FOTO)

Siyasət Materials 25 İyun 2011 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

İslamabad şəhərində yerləşən "Marriott" mehmanxanasında Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə təntənəli mərasim keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən şənbə günü Trend-ə bildiriblər ki, tədbirdə Pakistanın tanınmış ziyalıları, dövlət və hökumət adamları, aparıcı kutləvi informasiya vasitələrinin nümayəndələri, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistan ordusunun yüksək rütbəli generalları, Pakistanda akkreditə olunmuş hərbi attaşelər, Pakistanda təhsil alan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları və Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər. Tədbirdə ali qonaq qismində Pakistan Hərbi Hava Qüvvələrinin komandan müavini aviasiya marşalı Asim Süleyman iştirak edib. Mərasimdə Azərbaycan Silahlı Qüvvələri və onun qoşun növlərinin təlimi ilə bağlı videoçarx nümayiş etdirilib.

Səfir Daşqın Şikarov tədbiri açaraq Azərbaycan Milli Ordusunun yaradılmasının, kadr hazırlığının tarixi, ordumuzun inkişafının və modernləşdirilməsinin əsas mərhələləri barədə məlumat verib. Azərbaycan Ordusunun gündən-günə modernləşdiyini qeyd edən səfir, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun istənilən tapşırığı yerinə yetirmək iqtidarında olduğunu ifadə bildirib.

Mərasimdə çıxış edən ali qonaq Azərbaycan-Pakistan münasibətlərindən danışıb, iki ölkə arasında hərbi sahədə əməkdaşlığın səviyyəsindən məmnun olduğunu vurğulayaraq, bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu bildirib. Azərbaycan Silahlı Qüvvələrinin təlimini izləyən ali qonaq qardaş ölkənin ordusunun yüksək səviyyəli müdafiə qabiliyyətinə malik olmasına sevindiklərini bildirib.

Ölkəmizin Pakistandakı hərbi attaşesi polkovnik Daşdəmir Məmmədov da öz növbəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan Milli Ordusunun formalaşması sahəsindəki xidmətlərindən, ordu quruculuğunda aparılan uğurlu siyasət və nəticələri haqqında danışıb.

Mərasim Pakistanın dövlət televiziyası PTV-1 və digər kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Xəbər lenti

Xəbər lenti