...

NATO-nun xüsusi nümayəndəsinin Bakıya səfərinin yeni tarixi açıqlanıb

Siyasət Materials 1 İyul 2011 01:12 (UTC +04:00)
NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay iyulun 5-6-da Bakıya səfər edəcək. Bu barədə Trend-ə Alyansın mətbuat xidmətindən bildiriblər.
NATO-nun xüsusi nümayəndəsinin Bakıya səfərinin yeni tarixi açıqlanıb

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir Y.Ostapenko/

NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay iyulun 5-6-da Bakıya səfər edəcək. Bu barədə Trend-ə Alyansın mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətin məlumatına görə, Bakıda Appaturay Azərbaycan Xarici işlər nazirliyi və Fövqəladə hallar nazirliyinin nümayəndələri ilə eləcə də "Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı" (İPAP) proqramının həyata keçirilməsində iştirak edən digər yüksəkvəzifəli rəsmilərlə görüşlər keçirəcək.

Azərbaycan İPAP-ın çərçivəsində 2005-ci ildən başlayaraq NATO ilə əməkdaşlıq edir.

Səfərin təfərrüatları dəqiqləşdirilir.

Bu səfər Appaturayın NATO-nun xüsusi nümayəndəsi vəzifəsində ilk səfəri olacaq. Şimali Atlantika Alyansının keçmiş rəsmi nümayəndəsi Appaturay xüsusi nümayəndə vəzifəsinə ötən ilin noyabrında təyin edilib.

Liviyada gözlənilməz iğtişaşlar və NATO-nun vəziyyətin nizamlanmasına cəlb edilməsi Appaturaya Bakıya martda gəlməyə imkan verməyib. İkinci dəfə səfər iyunun 9-da Brüssel aeroportunda yükdaşıyanların gözlənilməz tətili səbəbindən təxirə salınmışdı.

Çərşənbə axşamı alyansın xüsusi nümayəndəsi Yerevanda Ermənistan rəhbərliyi ilə görüşüb. Ötən həftə isə Appaturay Tacikistanda olub.

Xüsusi nümayəndənin rolu NATO-nun regionda məqsədlərinin inkişafı üçün regional liderlərlə işgüzar əlaqələrin dəstəklənməsindən ibarətdir. Onlar arasında regional təhlükəsizliyə yardım və NATO əməkdaşlıq proqramlarının gələcək tərəqqisi də var.

Xəbər lenti

Xəbər lenti