...

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasının sessiyasında iştirak edir

Siyasət Materials 4 İyul 2011 17:40 (UTC +04:00)
Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2011-ci il üzrə növbəti sessiyasında iştirak edir.
Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasının sessiyasında iştirak edir

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2011-ci il üzrə növbəti sessiyasında iştirak edir. Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Cenevrədə bazar ertəsi başlayan sessiya çərçivəsində nümayəndə heyəti rəhbərinin müzakirələrdə çıxışı, həmçinin bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti