Azərbaycan, Bakı, 5 iyul /Trend/
İyulun 5-6-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vatikana səfər edəcək.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Məmmədyarov və Vatikanın Dövlətlərlə münasibətlər şöbəsinin katibi Arxiyepiskop Dominik Mamberti 29 aprel 2011-ci il tarixində Bakıda imzalanmış "Azərbaycan Respublikası və Müqəddəs Taxt-Tac arasında Katolik kilsəsinin Azərbaycanda hüquqi statusu haqqında saziş"in ratifikasiya sənədlərinin mübadiləsi haqqında protokol imzalayacaqlar.
Həmçinin, nazir Məmmədyarovun Vatikanın dövlət katibi Kardinal Takisio Bertoni ilə görüşü planlaşdırılıb.