...

Rəsmi Bakı "Freedom House"un rəhbərinin və ABŞ dövlət katibinin müavininin mövqeyini əsassız sayır

Siyasət Materials 28 İyul 2011 12:49 (UTC +04:00)
Rəsmi Bakı "Freedom House" təşkilatının rəhbərinin və ABŞ dövlət katibinin müavininin Azərbaycanda insan haqları, demokratiyanın vəziyyətinə dair mövqeyini əsassız sayır.
Rəsmi Bakı "Freedom House"un rəhbərinin və ABŞ dövlət katibinin müavininin mövqeyini əsassız sayır

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir E.Hüseynli/

Rəsmi Bakı "Freedom House" təşkilatının rəhbərinin və ABŞ dövlət katibinin müavininin Azərbaycanda insan haqları, demokratiyanın vəziyyətinə dair mövqeyini əsassız sayır.

"Freedom House" təşkilatının rəhbəri Devid Kremer bununla neçənci dəfədir ki, açıqlamalar verir. Buna da münasibət bildirimişik ki, "Freedom House" və onun rəhbəri bəlli metodologiya ilə işləyir. Onların metodologiyası obyektiv reallıqla üst-üstə düşmür. Onun bu dəfəki çağırışında görünür ki, biz bu fikirdə tamamilə haqlıyıq", - cümə axşamı Trend-ə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisinin sözlərinə görə, Devid Kremer çıxşında tam subyektiv mülahizələrə söykənir. Xüsusən Azərbaycan, Rusiya, Belarusu az qala Qərb üçün böyük bir təhlükə kimi dəyərləndirir və bunlara qarşı tədbir görülməsinin vacibliyini öz xarakterinə uyğun açıqlayır.

"Əlbəttə, buna biz öz münasibətimizi bildirmişik. Bu təşkilat və onun rəhbəri mütəmadi olaraq informasiyalarında subyektiv mülahizələrə yol verir. Onun metodologiyası bizim cəmiyyət həyatını dəyərləndirən metodologiya ilə üst-üstə düşmür. Devid Kremer açıq bəyan edir ki, bu ölkələr və Şərqi Avropada bəzi proseslər Qərb və ABŞ maraqları üçün müəyyən çağırışlar yaradır ki, bu da təhlükəlidir", - Həsənov əlavə edib.

PA rəsmisinin sözlərinə görə, bizim üçün əsas məsələ Azərbaycan dövləti və dövlətçiliyinin taleyidir, Azərbaycan xalqının maraqları və istəyidir.

"Siyasətimiz də Qərb ölkələrinin maraqları, Qərbə hansısa "çağırışlar" üzərində deyil, dövlətimizin, dövlətçiliyimizin taleyi, maraqları, xalqın istəyi və mənafeləri üzərində qurulub. Ona görə də bu tipli dəyərləndirmələrin obyektiv reallıqlarla heç bir əsası yoxdur. Ən acınacaqlısı odur ki, Ermənistan kimi, biabrçı idarəçilik sistemi olan dövlətin az qala demokratiyasını özü üçün, digər dövlətlər üçün nümunə kimi göstərir. Hamıya bəllidir ki, bir neçə il əvvəl Ermənistanda hakimiyyətə opponentlik edən siyasətçilərin böyük qrupunu parlamentə doldurub güllələdilər, prezident və onun komandasını məcburi istefaya yolladılar, Sarkisyan hakimiyyətinə etiraz səsini qaldırmaq istəyən 10-dan artıq adamı güllələdilər. Bu göstərir ki, Devid Kremer və onun təşkilatı tam subyektiv mülahizələrə və məqsədyönlü maraqlara xidmət edir", - Həsənov deyib.

PA rəsmisi ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melianın da mövqeyinə aydınlıq gətirib.

"Onunla Bakıda müzakirə apardıq. Fikir ayrılığı oldu. Amma bütövlükdə onun qaldırdığı arqumentlərin obyektiv reallığa cavab vermədiyini Melianın diqqətinə çatdırdım", - Həsənov əlavə edib.

"Freedom House" təşkilatının rəhbəri Devid Kremer və ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melia açıqlamalarında Azərbaycanda insan haqları və demokratiya ilə bağlı vəziyyətin qənaətbəxş olmadığını bildiriblər.

Xəbər lenti

Xəbər lenti