Azərbaycan, Bakı, 30 iyul /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Masallı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, 69 min nəfər əhalinin yaşadığı 34 yaşayış məntəqəsini birləşdirən Ərkivan-Boradigah-Rüdəkənar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,5 milyon (üç milyon beş yüz min) manatı Masallı rayon İcra Hakimiyyətinə ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək; Nazirlər Kabinetinə həmin sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.