...

Azərbaycan və Çinin hakim partiyalarının inkişaf perspektivləri müzakirə olunub

Siyasət Materials 2 Avqust 2011 13:41 (UTC +04:00)
Azərbaycan və Çinin hakim partiyalarının inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycan və Çinin hakim partiyalarının inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Azərbaycan və Çinin hakim partiyalarının inkişaf perspektivləri müzakirə olunub.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildirilib ki, partiyanın sədr müavini, icra katibi Əli Əhmədov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çjan Yannyan ilə partiyanın mənzil qərargahında görüşüb.

Görüşdə Azərbaycan ilə Çin arasında qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və gələcək inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər görüşdə, həmçının Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əlaqələrdən bəhs edib, partiyalararası münasibətlərin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilib.

YAP İcra katibinin müavini Siyavuş Novruzov görüşdə iştirak edib.

Xəbər lenti

Xəbər lenti