Son abzasda Hüsnü Mübarəkin mövqeyi əlavə olunub (İlk xəbər 14:50-də yayılıb)
Azərbaycan, Bakı, 3 avqust /Trend/
Misirin keçmiş prezidenti Hüsni Mübarəkin məhkəməsi zamanı dövlət ittihamçıları onun edam olunması tələbi ilə çıxış ediblər. Bu barədə Trend Misir televiziyasına istinadən məlumat verib.
Çərşənbə günü Qahirədə Misirin keçmiş prezidenti Hüsni Mübarəkin məhkəməsi başlayıb. Trend-in məlumatına görə, bu barədə Qətərin "əl-Cəzirə" telekanalı xəbər verib.
Sabiq prezident Misirdə kütləvi iğtişaşlar zamanı dinc əhalinin öldürülməsinə göstəriş verməsi, dövlət səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və dövlət vəsaitlərinin mənimsənilməsi faktı ilə mühakimə edilir.
Misirdə yanvar ayından başlayaraq polis və xalq arasında kütləvi iğtişaşlar baş verib. Baş verən kütləvi iğtişaşlar zamanı 900-ə yaxın insan ölüb, altı minə yaxını müxtəlif dərəcəli xəsarət alıb. Fevralın 11-də prezident Hüsni Mübarək öz postundan istefa verib.
Hüsnü Mübarək dövlət ittihamçılarının ittihamlarını rədd edib.