...

Elmar Məmmədyarov Vatikanın Azərbaycandakı nunsisini qəbul edib

Siyasət Materials 2 Sentyabr 2011 15:31 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Vatikanın Azərbaycandakı nunsisi Klaudio Qucerottini ölkəmizdəki fəaliyyət müddətini başa vurması ilə əlaqədar qəbul edib.
Elmar Məmmədyarov Vatikanın Azərbaycandakı nunsisini qəbul edib

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Vatikanın Azərbaycandakı nunsisi Klaudio Qucerottini ölkəmizdəki fəaliyyət müddətini başa vurması ilə əlaqədar qəbul edib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı Qucerotti Azərbaycanda Vatikanın nunsisi olmasından məmnun olduğunu vurğulayıb. İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən nunsi bu istiqamətdə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib.

Öz növbəsində nazir Məmmədyarov nunsi Klaudio Qucerottiyə xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti