...

Məzahir Pənahov: Azərbaycanda hər kəs beynəlxalq tələblərə cavab verən Seçki Məcəlləsinə tabe olmalıdır

Siyasət Materials 9 Sentyabr 2011 16:00 (UTC +04:00)
Azərbaycanda hər kəs beynəlxalq standartların tələblərinə cavab verən Seçki Məcəlləsinə tabe olmalıdır
Məzahir Pənahov: Azərbaycanda hər kəs beynəlxalq tələblərə cavab verən Seçki Məcəlləsinə tabe olmalıdır

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda hər kəs beynəlxalq standartların tələblərinə cavab verən Seçki Məcəlləsinə tabe olmalıdır . Trend-in məlumatına görə, bunu cümə günü Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslard a çıxışı zamanı MSK sədri Məzahir Pənahovdeyib.

"Azərbaycan seçicisi də, namizədləri də maarifləniblər. Azərbaycan oturuşmuş, demokratik bir dövlətdir. Ölkəmizdə bütün beynəlxalq tələblərə cavab verən Seçki Məcəlləsi var. Buna hər kəs tabe olmalıdır" , - Pənahov əlavə edib.

MSK sədrinin sözlərinə görə, Azərbaycanda proseslərin içərisində formalaşmış DSK sədrləri var.

"İstərdik ki, bizim burada yaratdığımız şəraiti siz də seçki məntəqələrinin üzvləri üçün yaradasınız" , - Pənahov əlavə edib.

Xəbər lenti

Xəbər lenti