...

Qahirədə nümayişçilər İsrail səfirliyinə zorla girib, səfir ölkəni tərk edib

Siyasət Materials 10 Sentyabr 2011 09:39 (UTC +04:00)
Qahirədə nümayişçilər İsrailin Misirdəki səfirliyinə zorla girib. Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, səfirliyin otaqlarına daxil olan nümayişçilər pəncərələrdən sənədləri küçəyə atmağa başlayıb.
Qahirədə nümayişçilər İsrail səfirliyinə zorla girib, səfir ölkəni tərk edib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Qahirədə nümayişçilər İsrailin Misirdəki səfirliyinə zorla girib. Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, səfirliyin otaqlarına daxil olan nümayişçilər pəncərələrdən sənədləri küçəyə atmağa başlayıb.

Bir qədər əvvəl, nümayişçilər səfirliyin ətrafındakı divarı dağıdıb, binanın üzərindəki bayrağı cırıblar.

Yaranmış vəziyyətlə bağlı Misirin baş naziri Essam Şərəf nazirlər kabinetinin fövqəladə iclası keçirəcək. Misir polisi də fövqəladə iş rejiminə keçirilib.

İsrailin Misirdəki səfiri ailəsi və səfirlik əməkdaşları ilə birlikdə Qahirəyə gələn İsrailli hərbi təyyarə ilə ölkəni tərk edib.

Nümayişlər zamanı baş verən iğtişaşlarda 448 nəfər xəsarət alıb, bir nəfər ürək tutması nəticəsində dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti