...

İran ABŞ vətəndaşlarını bir milyon dollar müqabilində azad edəcək

Siyasət Materials 13 Sentyabr 2011 17:04 (UTC +04:00)
İran İnqilab Məhkəməsi iki ABŞ vətəndaşının hər biri üçün 500 min dollar müqabilində azad olunmasına razılıq verib.
İran ABŞ vətəndaşlarını bir milyon dollar müqabilində azad edəcək

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

İran İnqilab Məhkəməsi iki ABŞ vətəndaşının hər biri üçün 500 min dollar müqabilində azad olunmasına razılıq verib. Trend-in məlumatına görə, bu barədə "Fars" agentliyi yazır.

ABŞ vətəndaşlarının vəkili Məsud Şəfi təsdiq edib ki, məhkəmənin qərarı ona təqdim olunub və o da bu qərar barədə İranda ABŞ maraqlarını təmsil edən İsveçrə səfirliyinə və saxlanılanların valideynlərinə məlumat verib.

Bundan əvvəl İran Prezidenti Mahmud Əhmədinejad iki gündən sonra iki ABŞ vətəndaşının azad olunacağını vəd edib. Onlar casusluqda və ölkə sərhədlərini qeyri-qanuni keçməkdə ittiham olunublar. Məlumatı NBC News yayıb.

Xəbər lenti

Xəbər lenti