...

Azərbaycanın birinci xanımı Parisdə terror qurbanlarına həsr olunan beynəlxalq konqresdə iştirak edib (FOTO)

Siyasət Materials 15 Sentyabr 2011 23:39 (UTC +04:00)
Sentyabrın 15-də Parisdə terror qurbanlarına həsr olunan 7-ci Beynəlxalq Konqres keçirilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Konqresin açılışında iştirak edib
Azərbaycanın birinci xanımı Parisdə terror qurbanlarına həsr olunan beynəlxalq konqresdə iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Sentyabrın 15-də Parisdə terror qurbanlarına həsr olunan 7-ci Beynəlxalq Konqres keçirilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Konqresin açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Birinci xanım Mehriban Əliyevanı Parisin 7-ci rayonunda Konqresin keçirildiyi Hərbi məktəbdə Fransa Terror Qurbanları Assosiasiyasının baş direktoru Qiyyom dö Sen Mark qarşıladı.

Tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

Sonra dünyada baş verən terror hadisələri qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Fransa Prezidenti Nikola Sarkozinin dəstəyi və Fransa Terror Qurbanları Assosiasiyası, eləcə də Beynəlxalq Terror Qurbanları Təşkilatının təşəbbüsü ilə keçirilən Konqresi Qiyyom dö Sen Mark açaraq iştirakçıları salamladı. Diqqətə çatdırıldı ki, Avropa Komissiyası, Fransanın Xarici və Avropa İşləri, Müdafiə, Ədliyyə, Daxili İşlər nazirlikləri və Paris meriyası ilə yanaşı, Heydər Əliyev Fondu da Konqresin tərəfdaşları sırasındadır.
Azərbaycanın bu Konqresə xüsusi maraq göstərdiyini deyən Qiyyom dö Sen Mark vurğuladı ki, tədbirdə Azərbaycandan olan terror qurbanlarının iştirakı məhz Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutub. Ölkəmizə səfər etdiyini və terror qurbanları ilə görüşdüyünü deyən Fransa Terror Qurbanları Assosiasiyasının baş direktoru Azərbaycanda da belə bir təşkilatın yaradıldığını yüksək qiymətləndirdi.

Beynəlxalq Terror Qurbanları Təşkilatının sədri Karlos Romero tədbirin terror qurbanları üçün böyük əhəmiyyət daşıdığını dedi və əlavə etdi ki, terrorla mübarizədə bütün ölkələr, hökumətlər və mülki şəxslər səyləri birləşdirməli, bütün bəşəriyyət üçün təhlükə olan bu bəla ilə mübarizə əlaqələndirilmiş formada aparılmalıdır.

ABŞ-ın Fransa və Monakodakı səfiri Çarlz Rivkin 2001-ci il 11 sentyabr hadisələrindən danışdı.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə çıxış etdi.

Sonra Fransanın ədliyyə naziri Mişel Mersiye çıxış edərək Prezident Nikola Sarkozinin salamlarını Konqres iştirakçılarına çatdırdı.

Daha sonra Avstriya şahzadəsi çıxış etdi.

Konqres işini sentyabrın 17-də başa çatdıracaqdır.

Foto - AzərTAc

Xəbər lenti

Xəbər lenti