...

Azərbaycan Prezidenti Xaçmazda Şahmat Məktəbinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 23 Sentyabr 2011 18:31 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz Şahmat Məktəbinin açılışında iştirak etmişdir.
Azərbaycan Prezidenti Xaçmazda Şahmat Məktəbinin açılışında iştirak edib (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz Şahmat Məktəbinin açılışında iştirak etmişdir.

Dövlət başçısı şahmat məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Prezident İlham Əliyevin "Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında" Sərəncamı və "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"na uyğun olaraq Xaçmaz rayonunda da beynəlxalq standartlara uyğun yeni şahmat məktəbi inşa edilmişdir. Qısa zamanda tikilən məktəbin ümumi sahəsi 720 kvadratmetrdir. Dizaynında şahmat fiqurlarından və digər şahmat elementlərindən istifadə olunan binanın tikintisi zamanı yüksək memarlıq quruluşuna nail olunmuşdur. İkimərtəbəli binanın ətrafında yaşıllıq zolağı salınmış, abadlıq işləri görülmüşdür.

Məktəbdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən şahmatın inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotoguşə yaradılmışdır.

Məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada 40 nəfərlik yarış zalı, kompyuter, məşq otaqları və digər otaqlar vardır. Kompyuterlərə xüsusi şahmat proqramları yüklənmişdir. Şahmat məktəbində ən müasir maddi-texniki baza yaradılmışdır. Burada şahmatla peşəkar səviyyədə məşğul olmaq məqsədilə bütün zəruri əyani vasitələr vardır.

Bildirildi ki, məktəbin əsas vəzifəsi idmanın bu intellektual növünün kütləviliyini, şagirdlərin asudə vaxtlarının səmərəli keçməsini təmin etməkdir. Burada şahmat üzrə müxtəlif səviyyəli yarışlar keçirmək mümkündür.

Şahmat məktəbində yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev tövsiyə və tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti