...

İlham Əliyev Quba şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə tanış olub (FOTO)

Siyasət Materials 24 Sentyabr 2011 16:10 (UTC +04:00)
Prezident İlham Əliyev Quba şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə tanış olub
İlham Əliyev Quba şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Prezident İlham Əliyev Quba şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi ilə tanış olub.

Trend-in məlumatına görə, dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Avropa İnkişaf Bankının vəsaiti hesabına Quba şəhərinin su və kanalizasiya şəbəkələri və qurğularının yenidən qurulması məqsədilə bu ilin avqustunda işlərə başlanılıb. Layihəyə uyğun olaraq Qudyalçay çayı hövzəsində yeni horizontal su mənbəyinin tikintisi, "Qəçrəş yolu" yaşayış massivində 5 min kubmetr, "Dəvədabanı" yaşayış massivində 20 min kubmetr, Nügədi yolu ərazisində isə 5 min kubmetr tutumu olan su anbarlarının tikintisi, şəhər daxilində 152 kilometr yeni magistral su və 147 kilometr yeni kanalizasiya xətlərinin çəkilişi nəzərdə tutulub.

Bildirildi ki, layihəyə əsasən Quba şəhərini içməli su ilə təmin edəcək xəttin üzərində 5 min kubmetrlik su anbarı inşa olunacaq. Burada toplanan su növbəti mərhələdə tikiləcək 3 min kubmetrlik iki anbara ötürüləcək. Bu isə həm Quba şəhər əhalisini, həm də rayonun bəzi kəndlərini fasiləsiz içməli su ilə təmin edəcəkdir. Yeni inşa olunacaq kanalizasiya xətti də şəhərin mövcud kanalizasiya probleminin həllində mühüm rol oynayacaqdır. Burada toplanan kanalizasiya suları Xaçmaz çirkab sutəmizləyici qurğusuna ötürüləcək.

Prezident İlham Əliyev "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkəmizin su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri əks etdirən stendə baxdı.

Sonra Prezident İlham Əliyev 5 min kubmetrlik su anbarının təməlini qoydu.

Xəbər lenti

Xəbər lenti