...

Azərbaycan Fövqəladə Hallar Nazirliyi "Xəzər-2011" adlı beynəlxalq təlimdə iştirak edəcək

Siyasət Materials 26 Sentyabr 2011 17:43 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyi "Xəzər-2011" adlı beynəlxalq kompleks təlimdə iştirak edəcəklər
Azərbaycan Fövqəladə Hallar Nazirliyi  "Xəzər-2011" adlı beynəlxalq  təlimdə iştirak edəcək

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Fövqəladə Hallar Nazirliyi "Xəzər-2011" adlı beynəlxalq kompleks təlimdə iştirak edəcək.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, sentyabrın 29-30-da Xəzər dənizinin şimal hissəsində, "LUKOIL" ASC-nin Yuri Korçagin adına neftçıxarma platforması rayonunda "Stasionar neftçıxarma platformasının ərazisində tankerin naməlum gəmi ilə toqquşması nəticəsində yaranmış fövqəladə halların nəticələrinin aradan qaldırılmasında Azərbaycan, Rusiya və Qazaxıstannın aidiyyəti qurumlarının və xilasetmə xidmətlərinin birgə fəaliyyətlərinin təşkili" adlı təlim keçiriləcək.

Tədbirdə Rusiya və Qazaxıstan Fövqəladə Hallar Nazirliklərinin qüvvə və vasitələri ilə yanaşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti, əməliyyat qrupu, axtarış-xilasetmə qrupu, rabitə vasitələri, "Vixr" yanğınsöndürmə gəmisi, qəza qrupu, "BE-200 ÇS" amfibiya təyyarəsi də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti