...

Ermənistanın eks-prezidenti böyük siyasətə qayıtmasını istisna etmir

Siyasət Materials 30 Sentyabr 2011 15:07 (UTC +04:00)
Ermənistanın eks-prezidenti Robert Koçaryan böyük siyasətə qayıtmasını istisna etmir.
Ermənistanın eks-prezidenti böyük siyasətə qayıtmasını istisna etmir

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Ermənistanın eks-prezidenti Robert Koçaryan böyük siyasətə qayıtmasını istisna etmir. "Mən böyük siyasətə qayıtmağımı istisna etmirəm", - Trend-in məlumatına görə, o, Ermənistanın "Mediamaks" agentliyinə müsahibəsində deyib.

Koçaryanın siyasətə qayıtmaq imkanı Vladimir Putinin 2012-ci ildə Rusiya prezidentliyinə namizədliyini elan etməsindən sonra daxili siyasi gündəliyin əsas məsələlərindən birinə çevrilib.

"Mənim qayıtmağımın mümkünlüyü barədə müzakirələrin Rusiyadakı siyasi proseslərlə birbaşa əlaqədə aparılmasını təəccüblə qarşılayıram. Həm də bütün bunlar Ermənistanın istiqlaliyyətinin 20 illiyinin təntənəli şəkildə qeyd olunmasından dərhal sonra baş verir. Əminəm ki, siyasi proseslər burada, Ermənistanda "yetişməlidir", xətti şəkildə xaricdən layihələşdirilməməlidir", - o deyib.

Koçaryanın sözlərinə görə, onu böyük siyasətə qayıtmağa təşviq edən Ermənistana çox yaxın və əhəmiyyətli, ancaq hər halda başqa bir ölkədə cərəyan edən hadisələr yox, əksinə 3 vəziyyət ola bilər: ölkə iqtisadiyyatı və insanların rifahındakı vəziyyətin konkret və sabit yaxşılaşmasının olmaması və bu məsələdə ümidsizlik əhval-ruhiyyəsinin və miqrasiyanın artırması; cəmiyyətin müxtəlif sosial təbəqələri tərəfindən onun böyük siyasətə qayıdışının tələb olunması; vəziyyəti radikal şəkildə yaxşılaşdırma gücünə malik olma haqqında daxili əminlik.

"Bu 3 amil mövcud olduğu zaman aktiv siyasətə qayıdışın yolları müxtəlif ola bilər. Digər bütün şərait hansısa cizgilərdir, siyasi mənbə əlavə edir, lakin köklü amil deyil", - Koçaryan deyib.

Robert Koçaryan 30.03.1998-09.04.2008-ci il tarixləri arasında Ermənistanın sayca ikinci prezidenti olub.

Xəbər lenti

Xəbər lenti