...

Suriyada nümayişlər zamanı 11 nəfər həlak olub

Siyasət Materials 30 Sentyabr 2011 17:44 (UTC +04:00)
Suriyada cümə günü keçirilən nümayişlər zamanı ölkənin təhlükəsizlik qüvvələri tərəfindən 11 nəfər öldürülüb, onlarla adam yaralanıb.
Suriyada nümayişlər zamanı 11 nəfər həlak olub

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Suriyada cümə günü keçirilən nümayişlər zamanı ölkənin təhlükəsizlik qüvvələri tərəfindən 11 nəfər öldürülüb, onlarla adam yaralanıb. Bu barədə Trend "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.

Suriyada artıq yarım ildən çoxdur ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. Prezidentin siyasi və informasiya məsələləri üzrə müşaviri Buseyna Şabanın bəyanatına görə, bütün bu vaxt ərzində 1400 nəfər həlak olub, onların yarısı ordu və güc strukturlarının nümayəndələridir. BMT-nin göstəricilərinə görə, həlak olanların sayı 3,6 min nəfərə çatıb.

Müxalifət Prezident Bəşşar əl-Əsədin istefasını və ölkədə siyasi dəyişikliklər tələb edir. Rejim əleyhdarları hakimiyyətə müxalif orqanı kimi Milli Keçid Şurası yaradıblar.

Xəbər lenti

Xəbər lenti