...

Suriya müxalifəti Milli Şura yaradıb

Siyasət Materials 1 Oktyabr 2011 12:56 (UTC +04:00)
Suriya müxalifətinin lideri Bürhan Qalyun cümə günü bərabər iştirak prinsipi üzrə Milli Keçid Şurasının yaradıldığını elan edib.
Suriya müxalifəti Milli Şura yaradıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Suriya müxalifətinin lideri Bürhan Qalyun cümə günü bərabər iştirak prinsipi üzrə Milli Keçid Şurasının yaradıldığını elan edib. Bu barədə Trend şənbə günü "əl-Cəzirə" telekanaına istinadən xəbər verir.

Müxalifətin bəyanatına görə, Şura uzun sürən danışıqlardan sonra formalaşıb. Danışıqlarda Suriyanın "Dəməşq Bəyannaməsi qüvvələri" hüquq-mühafizə təşkilatı, "Müsəlman qardaşlar" təşkilatı və ölkənin digər ictimai və siyasi qüvvələri iştirak ediblər.

Suriyada artıq yarım ildən çoxdur ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. Prezidentin siyasi və informasiya məsələləri üzrə müşaviri Buseyna Şabanın bəyanatına görə, bütün bu vaxt ərzində 1400 nəfər həlak olub, onların yarısı ordu və güc strukturlarının nümayəndələridir. BMT-nin göstəricilərinə görə, həlak olanların sayı 3,6 min nəfərə çatıb.

Müxalifət Prezident Bəşşar əl-Əsədin istefasını və ölkədə siyasi dəyişikliklər tələb edir.

Xəbər lenti

Xəbər lenti