...

Azərbaycanda eks-prezidentlərə və onların ailə üzvlərinə ediləcək güzəşt və təminatların detalları açıqlanıb

Siyasət Materials 5 Oktyabr 2011 10:53 (UTC +04:00)
Azərbaycanda eks-prezidentlərə və onların ailə üzvlərinə ediləcək güzəştlər və təminatların detalları açıqlanıb.
Azərbaycanda eks-prezidentlərə və onların ailə üzvlərinə ediləcək güzəşt və təminatların detalları açıqlanıb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda eks-prezidentlərə və onların ailə üzvlərinə ediləcək güzəştlər və təminatların detalları açıqlanıb.

Milli Məclisdən çərşənbə günü Trend-ə bildirilib ki, Hhüquq siyasəti və dövlət quruculuğu komitəsində bu gün müzakirəyə çıxarılacaq "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu layihəsində qanunun hər üç sabiq prezidentə və ailə üzvlərinə şamil olunması nəzərdə tutulub.

Layihəyə görə, qanun Konstitusiyaya uyğun olaraq prezident vəzifəsini tutmuş, həm də vəfat etmiş, prezident səlahiyyətlərinə xitam verilmiş şəxslərə və ailə üzvlərinə şamil olunacaq.

Qanun impiçment qaydasında vəzifədən kənarlaşdırılanlara şamil olunmayacaq.

Keçmiş prezident prezidentin aylıq əmək haqqının 50 faizi məbləğində aylıq pensiya alacaq. Sabiq prezident vəfat etdiyi halda bu təminatı həyat yoldaşı, o olmadıqda isə 18 yaşına çatmamış uşaqları alacaqlar.

Layihədə sabiq prezidentə dövlət tərəfindən avtomobil, sürücü və 3 nəfər mühafizəçinin ayrılması nəzərdə tutulub. Əgər prezident vəfat edibsə, avtomobil əvəzinə ailəsinə onun təminatı ödəniləcək.

Eks-prezidentlər və həyat yoldaşları diplomatik pasport daşıyacaqlar və onların toxunulmazlığı qanunla qorunacaq.

Layihədə qeyd olunur ki, sabiq prezident və həyat yoldaşı cinayət başında yaxalanarsa, prokurorun təqdimatı ilə saxlanıla bilər.

Tibbi təminat üzrə dövlət qulluğu üçün müəyyən edilmiş qanun və qaydaların müddəaları eks-prezidentə və ailə üzvlərinə şamil olunacaq.

Xəbər lenti

Xəbər lenti