Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir Y.Ostapenko/
Avropa İttifaqı Azərbaycanla assosiasiyalar haqqında sazişin plenar müzakirəsinin son mərhələsini keçirir. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda jurnalistlərə assosiasiyalar haqqında saziş üzrə danışıqlarda Aİ-nin nümayəndə heyətinin rəhbəri Con Kayer məlumat verib.
"Assosiasiyalar haqqında saziş üzrə plenar danışıqların son mərhələsi gedir", - Kayer bildirib.
O, Azərbaycanla assosiativ sazişi müzakirə etmək üçün cümə günü Bakıya gələn Aİ nümayəndə heyətinə rəhbərlik edir. Kayerin rəhbərlik etdiyi departament Avropa Qonşuluq Siyasəti çərçivəsində fəaliyyət göstərir və Şərqi Avropa və Cənubi Qafqaz ölkələrini, xüsusilə də Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanı əhatə edir.