...

Qazaxıstanda keçirilən beynəlxalq konfransda Azərbaycanda təhsilə ayrılan diqqətdən danışılıb

Siyasət Materials 7 Oktyabr 2011 17:00 (UTC +04:00)
Aktau şəhərindəki Ş.Y.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin yaradılmasının 35 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində "Elmi-texniki tərəqqi: texnika, texnalogiya və təhsil" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Qazaxıstanda keçirilən beynəlxalq konfransda Azərbaycanda təhsilə ayrılan diqqətdən danışılıb

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir M.Əliyev/

Qazaxıstanın Aktau şəhərindəki Ş.Y.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin yaradılmasının 35 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində "Elmi-texniki tərəqqi: texnika, texnalogiya və təhsil" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğundan bildirilib.

Tədbirdə Qazaxıstan, Rusiya Federasiyası və bir sıra ölkələrinin ali təhsil müəssisələrinin rəhbərləri ilə yanaşı, Azərbaycanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, professor Rasim Bəşirov, Azərbaycan Dövlət Neft Akademiyasının prorektoru, professor Sakit Rəsulov da iştirak ediblər.

Konfrans çərçivəsində baş konsul Rəşad Məmmədov çıxış edərək, Azərbaycanda ölkə rəhbərliyinin təhsil sahəsinə verdiyi xüsusi diqqətdən danışıb. Məmmədov Azərbaycan ilə Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri haqqında məlumat verərək, Baş konsulluq tərəfindən təhsil sahəsində Azərbaycan və Qazaxıstanın ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması, müəllim və tələbə mübadiləsinin aparılması istiqamətində görülən işlər barədə məlumat verib.

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Rasim Bəşirov çıxışında Prezident İlham Əliyev tərəfindən Dənizçilik Akademiyasının maddi texniki bazasının artırılması, təhsilin səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğıdan danışıb. Bəşirov, həmçinin Azərbaycan Dənizçilik Akademiyası ilə Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universiteti arasında qurulmuş əməkdaşlıq əlaqələrindən bəhs edib.

Xəbər lenti

Xəbər lenti