...

Əhmədinejadın impiçmenti layihəsini hazırlayan deputat istefa verib

Siyasət Materials 12 Oktyabr 2011 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbirlər A.Tağıyeva, T.Cəfərov/

İran Prezidenti Mahmud Əhmədinejadın impiçmenti layihəsini hazırlayan İran deputatı Əli Mütəhəri parlamentin rəyasət heyətinin bu layihəni qəbul etməməsinə etiraz əlaməti olaraq istefa verib. Bu barədə çərşənbə günü Trend İranın "Mehr" agentliyinə istinadən xəbər verir.

Mütəhəri öz bəyanatında bildirib ki, rəyasət heyətinin üzvləri layihəyə imza atan deputatlara təzyiq göstərir.

"Əgər seçicilərimin hüquqlarını müdafiə edə bilmirəmsə, istefa verməliyəm", - bəyanatda deyilir.

Əvvəllər 100 deputatdan ibarər qrup Əhmədinejadın Konstitusiyanı 50 dəfə pozması ilə əlaqədar onun impiçmentinə nail olmaq barədə niyyətləri olduğunu bəyan ediblər.

İran KİV-lərinin məlumatına əsasən, 100 deputatdan 14-ü impiçment layihəsinə imza atmaqdan daşınıb. İran parlamentinin daxili nizamnaməsinə görə, layihə 73 nəfər tərəfindən imzalanarsa, rəyasət heyəti tərəfindən qəbul edilməlidir.

Xəbər lenti

Xəbər lenti