...

Azərbaycanda bələdiyyələrə əlavə və yeni seçkilərdə iştirak etmək üçün 67 nəfərin namizədliyi qeydə alınıb

Siyasət Materials 14 Oktyabr 2011 17:25 (UTC +04:00)
Azərbaycanda bələdiyyələrə əlavə və yeni seçkilərdə iştirak etmək üçün indiyədək 464 yerə 1177 nəfər namizədliyini verib, onlardan 67 nəfəri qeydə alınıb.
Azərbaycanda bələdiyyələrə əlavə və yeni seçkilərdə iştirak etmək üçün 67 nəfərin namizədliyi qeydə alınıb

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bələdiyyələrə əlavə və yeni seçkilərdə iştirak etmək üçün indiyədək 464 yerə 1177 nəfər namizədliyini verib, onlardan 67 nəfəri qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının cümə günü keçirilən iclasında komissiya sədri Məzahir Pənahov deyib.

İclasda aşağı seçki komissiyalarının səsvermə protokollarının bələdiyyələrə əlavə və yeni seçkilərdə tətbiqinə və noyabrın 30-da keçiriləcək seçkilərdə seçki komissiyalarının səsvermə protokollarının mətninin, sayının hazırlanmasına dair sənədlər təsdiq edilib. Həmçinin, səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlər təsdiq olunub.

Bildiriş formaları səsverməyə ən azı 40 gün qalmış MSK tərəfindən təsdiq olunmalıdır.

Xəbər lenti

Xəbər lenti