...

Azərbaycan və Rusiya FHN-lərinin akademiyaları saziş imzalayıb

Siyasət Materials 20 Oktyabr 2011 19:55 (UTC +04:00)
Azərbaycan və Rusiya FHN-lərinin akademiyaları saziş imzalayıb.
Azərbaycan və Rusiya FHN-lərinin akademiyaları saziş imzalayıb

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyinin Mülki Müdafiə Akademiyası arasında elmi və təhsil fəaliyyəti sahəsində birgə əməkdaşlığa dair Saziş imzalanıb.

Trend-in cümə axşamı Azərbaycan FHN-in rəsmi saytına istinadən yaydığı məlumata görə, Azərbaycan və Rusiyanın müvafiq qurumlarının rəhbərləri tərəfindən imzalanan saziş, yüksəkixtisaslı xilasedici kadrların hazırlanmasında effektiv sistemin yaradılması məqsədini daşıyır.

Sazişdə mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması sahəsində aparıcı mütəxəssislərin, elmi və pedaqoji işçilərin səylərinin birləşdirilməsi, hər iki akademiyanın elmi-tədqiqat və pedaqoji fəaliyyətinin səviyyəsinin yüksəldilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti