...

Azərbaycan və Türkiyə prezidentlərinin telefon danışığı olub

Siyasət Materials 24 Oktyabr 2011 00:19 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng edib.
Azərbaycan və Türkiyə prezidentlərinin telefon danışığı olub

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng edib.

Trend-in Prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dövlətimizin başçısı qardaş Türkiyədə baş vermiş faciə xəbərinin bütün Azərbaycanda dərin sarsıntı ilə qarşılandığını, xeyli sayda insanın həlak olması və yaralanmasının böyük kədər hissi doğurduğunu diqqətə çatdırıb, həlak olanların ailə üzvlərinə və yaxınlarına, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

Prezident Abdullah Gül göstərilən diqqətə və başsağlığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti