...

Zəlzələ Ermənistan AES-ə təhlükə törədə bilər - Gürcüstanın Yaşıllar Partiyası

Siyasət Materials 25 Oktyabr 2011 15:46 (UTC +04:00)
Zəlzələlər dövri xarakter alıb və istisna deyil ki, Ermənistanın Atom Elektrik Stansiyasına (AES) çata bilər. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Gürcüstanın Yaşıllar Partiyasının lideri Georgi Qaçeçiladze deyib.
Zəlzələ Ermənistan AES-ə təhlükə törədə bilər - Gürcüstanın Yaşıllar Partiyası

Gürcüstan, Tbilisi, 25 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Zəlzələlər dövri xarakter alıb və istisna deyil ki, Ermənistanın Atom Elektrik Stansiyasına (AES) çata bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Gürcüstanın Yaşıllar Partiyasının lideri Georgi Qaçeçiladze deyib.

"Türkiyə və Ermənistan əraziləri seysmik aktiv zonalardır və Ermənistan AES-in yerləşdiyi ərazidə güclü zəlzələnin başvermə təhlükəsi var ki, bu da fəlakətə səbəb olacaq. Türkiyə və Ermənistan ərazilərində güclü zəlzələlər dövri xarakter alıb. Bu, həmin ərazidən keçən tektonik sınmalarla bağlıdır", - o qeyd edib.

Qaçeçiladze zəlzələlərin tarixinə istinad edərək xatırladıb ki, Türkiyə ərazisində güclü zəlzələ 1976-cı ildə baş verib və nəticədə 4000 nəfər ölüb. 80-ci illərin sonunda Ermənistanda zəlzələ Spitakda, 1999-cu ildə isə Türkiyədə baş verib. Həmin vaxt Türkiyədə 20 min nəfərə yaxın insan ölmüşdü.

"Bu zəlzələlər mərhələli olaraq təkrarlanır. Buna görə də təbii fəlakətin AES-in yaxınlığında baş verməsini gözləmək olar. Bu stansiya sovet dövründə tikilib və onun ciddi bərpa edilməsi həyata keçirilməyib. Buna görə də zəlzələ onun ciddi zərər görməsinə səbəb olur", - partiya lideri hesab edir.

Qaçeçiladze qeyd edib ki, nəinki ətraf mühitin müdafiəçiləri, həmçinin başqaları çoxdan Ermənistan AES-in bağlanmasını tələb edir.

"Avropa İttifaqı Ermənistanda bu stansiyanın bağlanmasını tələb edib və hətta alternativ enerji mənbələrinin yaradılması üçün sanballı pullar təklif edib. Bir vaxtlar ermənilər bununla razılaşırdılar. Lakin sonra stansiyanı Rusiyanın "RAO AES" şirkəti əldə etdi bə bu danışıqlar dayandı. Avropa İttifaqı indi də stansiyanın ləğvi üçün pul ödəməyə hazırdır. Ehtimala görə, Türkiyədə baş verə biləcək daha bir zəlzələ Ermənistanı düşünməyə vadar etməlidir", - Qaçeçiladze vurğulayıb.

O iddia edir ki, əgər Ermənistan AES zərər görərsə, Gürcüstan, Türkiyə, Azərbaycan və İran ciddi təhlükəyə məruz qalacaq.

"Radiasiya Tbilisiyə 8 saatdan sonra çatacaq. O, bütün ərazidə yayılacaq, regional fəlakət baş verəcək", - o deyib.

Xəbər lenti

Xəbər lenti