...

Azərbaycanın hakim partiyası müxalifət liderlərini qorxduqları üçün debatlara gəlmədiklərini iddia edir

Siyasət Materials 31 Oktyabr 2011 11:54 (UTC +04:00)
Müxalifət liderləri qorxduqları üçün debatlara gəlmədilər. Bu bəyanatı hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bazar ertəsi Trend-ə açıqlamasında səsləndirib.
Azərbaycanın hakim partiyası müxalifət liderlərini qorxduqları üçün debatlara gəlmədiklərini iddia edir

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyası müxalifət liderlərini qorxduqları üçün debatlara gəlmədiklərini iddia edir. Bu bəyanatı hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bazar ertəsi Trend-ə açıqlamasında səsləndirib.

Novruzov deyib ki, müxalifət liderlərinin teledebatlara çağırılması ilə bağlı bəyanata heç bir müxalifət liderindən cavab gəlməyib.

Millət vəkili müxalifət partiyalarının rəhbərlərini debatlara dəvət etdiyini bir daha bəyan edib. O, yalnız müxalifətin rəhbər və tanınmış şəxslərini debatlarda görmək istədiyini bildirib.

"Rəhbərlərin istəniləni debatlara gələ bilər. Yalnız rəhbərlər, yoxsa dünən jurnalist olub bu gün sədr müavini vəzifəsini tutan və ya dünən köşə yazarı olub bu gün siyasətlə məşğul olan adamlar yox. Müxalifət cəbhəsinin tanınmış nümayəndələrini debatlara dəvət edirəm", - Novruzov vurğulayıb.

Onun sözlərinə görə, müxalifət cəbhəsi yalnız cəfəngiyyat danışmaqla məşğul olduğu üçün açıq debatlara gəlməkdən çəkinir.

"Haqq bizim tərəfimizdədir və onların danışdıqları hamısı cəfəngiyyatdır", - YAP funksioneri vurğulayıb.

Novruzovun fikirlərinə münasibət bildirərkən müxalif Liberal (ALP) partiyasının sədri Əvəz Temirxan bildirib ki, bu cür debatları iqtidar özü təşkil etməli və müxalifət liderlərini debatlara çağırmalıdır. O hesab edir ki, debatlarla bağlı müxalifət partiyalarının iqtidara rəsmi şəkildə müraciət etməsi doğru deyil.

Bir müddət öncə də Novruzov müxalifət liderlərini debatlara dəvət etmişdi.

Xəbər lenti

Xəbər lenti