...

İran və Ermənistan prezidentləri bir sıra sazişlər imzalayacaqlar

Siyasət Materials 1 Noyabr 2011 11:34 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad yaxın iki ayda Ermənistana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə İranın MEHR agentliyi xəbər yayıb.
İran və Ermənistan prezidentləri bir sıra sazişlər imzalayacaqlar

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

İran Prezidenti Mahmud Əhmədinejad yaxın iki ayda Ermənistana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə İranın MEHR agentliyi xəbər yayıb.

Məlumata görə, səfər çərçivəsində Tehranla Yerevan arasında bir sıra sazişlər imzalanacaq.

Əhmədinejadın Ermənistana səfəri iyunun 6-da baş tutmalı idi. Lakin son anda səfər qarşılıqlı razılaşmaya əsasən təxirə salınmışdı.

Xəbər lenti

Xəbər lenti