...

Əli Həsənov: Azərbaycanda "Ümummilli lider haqqında" qanun layihəsi qəbul edilə bilər

Siyasət Materials 15 Noyabr 2011 18:08 (UTC +04:00)
Azərbaycanda gələcəkdə "Ümummilli lider haqqında" qanun layihəsi qəbul edilə bilər.
Əli Həsənov: Azərbaycanda "Ümummilli lider haqqında" qanun layihəsi qəbul edilə bilər

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir E.Hüseynli/

Azərbaycanda gələcəkdə "Ümummilli lider haqqında" qanun layihəsi qəbul edilə bilər. Bunu çərşənbə axşamı Trend-ə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Ümummilli lider haqqında" qanun layihəsinin qəbuluna dair təklif varsa, onun müzakirəyə haqqı var. İdeyanı irəli sürən insanların hər biri müəyyən intellekt sahibidir və dünyada mövcud olan bu tipli qanunlar haqqında məlumatları var", - Həsənov bildirib.

Azərbaycanda bəzi deputatlar "Ümummilli lider haqqında" qanun layihəsinin qəbul edilməsini təklif ediblər.

Həsənovun sözlərinə görə, yəqin ki, bununla bağlı ayrı-ayrı münasibətlər ortaya çıxandan sonra buna rəsmi şəkildə parlamentdə münasibət bildirilə bilər.

"Dövlət inkişaf etdikcə, onun daxilindəki bütün proseslərin qanuni bazaya oturdulması, onun əsasında qanunvericilik fəaliyyətinin qoyulması labüddür. Bir zamanlar Azərbaycanda sabiq prezidentlər haqqında qanun yox idi, artıq o, qəbul olundu. Siyasi partiyalar haqqında qanun deklarativ bir qanun idi, bu gün o, təkmilləşir. Qeyri-hökumət təşkilatları haqqında qanun yox idi, qəbul olundu. Mətbuat haqqında qanun müasir tələblərə cavab vermirdi, yeniləndi. Çəmiyyət, dövlət inkişaf etdikcə, bütün boşluqlar qanunvericilik təşəbbüsləri nəticəsində doldurulur və bütün fəaliyyətin əsasında qanun qoyulur", - Həsənov əlavə edib.

Xəbər lenti

Xəbər lenti