...

Türkiyə XİN öz vətəndaşlarını Suriyaya səfər etməməyə çağırır

Siyasət Materials 21 Noyabr 2011 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Suriyaya səfərlərdən çəkinməyi tövsiyə edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Yeni Safak" qəzeti xəbər verir.

Bundan əvvəl Türkiyənin Suriyanın bir sıra şəhərlərindəki diplomatik nümayəndəliklərinə hücumlar olub.

Ötən bazar günü təxminən min nəfərə yaxın nümayişçi daş və butulkalarla Türkiyənin Dəməşqdəki səfirliyinə hücum ediblər. Ancaq polisin hadisə yerinə gəlməsi səfirliyin nümayişçilər tərəfindən tutulmasının qarşısını alıb. Bu gün isə Səudiyyə Ərəbistanından qayıdan türkiyəli zəvvarların bir qrupu Suriya ərazisində silahlı hücuma məruz qalıblar. Nəticədə bir zəvvar yaralanıb.

Bundan əvvəl Türkiyənin xarici işlər nzairi Əhməd Davudoğlu bəyan edib ki, Suriyada artmaqda olan böhran vətəndaş müharibəsinə gətirib çıxara bilər.

Öz növbəsində, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız Suriyada hadisələrin bu cür davam edəcəyi təqdirdə, bu ölkəyə elektrik enerjisinin verilməsi məsələsini yenidən nəzərdən keçirmək məcburiyyətində qalacaqlarını deyib.

Suriyada 8 aydır ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. BMT-nin məlumatına görə, həlak olanların sayı 3,5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 1,5 mindən artıq adamın, o cümlədən 1,1 min nəfərdən çox güc strukturları əməkdaşlarının həlak olduğunu bəyan edir.

Bir müddət əvvəl Ərəb Dövlətləri Liqasının Qahirədəki mənzil-qərargahında XİN rəhbərlərini təcili iclası keçirilib, iclasda bu ölkədə zorakılığın davam etdirilməsi ilə əlaqədar Suriya nümayəndə heyətinin ƏDL-də işini dayandırmaq qərara alınıb.

Xəbər lenti

Xəbər lenti