...

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilib

Siyasət Materials 21 Noyabr 2011 20:53 (UTC +04:00)
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilib

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, 3.1.44-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

Azərbaycan Respublikasının ərazisində əcnəbi işçi qüvvəsini cəlb etmək və ondan istifadə etmək üçün icazələrin, habelə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazələrin verilməsinə və onların müddətinin uzadılmasına rəy vermək.

Xəbər lenti

Xəbər lenti