...

İran Türkiyəyə nota göndərib

Siyasət Materials 22 Noyabr 2011 16:39 (UTC +04:00)
Bu gün Türkiyənin Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb və orada ona nota təqdim edilib. Nota Türkiyənin rəsmi şəxslərinin ölkə ərazisində İran avtobusuna hücum məsələsinə məsuliyyətsiz yanaşması ilə əlaqədar verilib.
İran Türkiyəyə nota göndərib

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbirlər T.Cəfərov, A. Tağıyeva/

Bu gün Türkiyənin Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb və orada ona nota təqdim edilib. Nota Türkiyənin rəsmi şəxslərinin ölkə ərazisində İran avtobusuna hücum məsələsinə məsuliyyətsiz yanaşması ilə əlaqədar verilib. Bu barədə çərşənbə axşamı Trend FARS agentliyinə istinadən məlumat verir.

Səfirə bildirilib ki, beynəlxalq normalara əsasən, Türkiyə ölkədəki İran vətəndaşlarının sağlamlığını və əmlakını qorumağa borcludur.

İran cinayətkarları saxlamağı və cəzalandırmağı tələb edib. Öz növbəsində, səfir notanı ölkə hakimiyyətinə çatdıracağına söz verib.

Noyabrın 15-də Türkiyənin Van şəhərində naməlum şəxslər İrana məxsus nömrə nişanlı sərnişin avtobusuna silahlı hücum ediblər. Nəticədə altı İran vətəndaşı yaralanıb.

Xəbər lenti

Xəbər lenti