...

BMT-nin baş katibi İrana səfər edəcək

Siyasət Materials 29 Noyabr 2011 13:42 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Mun 2012-ci ildə İrana səfər edəcək. Bunu İran Parlamentinin İnsan haqları komitəsinin sədri Zöhrə İlahiyan deyib. Bu barədə Trend İranın İRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir
BMT-nin baş katibi İrana səfər edəcək

Azərbaycan, Bakı, 29 noyabr / Trend müxbir T.Cəfərov/

BMT-nin baş katibi Pan Gi Mun 2012-ci ildə İrana səfər edəcək. Bunu İran Parlamentinin İnsan haqları komitəsinin sədri Zöhrə İlahiyan deyib. Bu barədə Trend İranın İRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir.

Xanım İlahiyan bildirib ki, İran Parlamentinin İnsan haqları komitəsinin nümayəndələri Nyu Yorkda səfərdə olub, BMT baş katibi ilə görüşüb və Pan Gi Munu İrana səfərə dəvət ediblər.

"BMT-nin insan hüquqları üzrə ali komissarı Navi Pillay 2012-ci ilin aprelində İrana səfər edəcək. BMT baş katibi Pan Gi Mun xanım Pillayın səfərindən sonra İrana səfər edəcəyini və İranda insan haqlarının vəziyyəti ilə yaxından tanış olacağına dair İranın nümayəndə heyətinə söz verdi", - o deyib.

İlahiyan parlament komitəsinin insan hüquqları sahəsində BMT ilə əməkdaşlıq prespektivlərinin də müzakirə olunduğunu vurğulayıb.

BMT 2011-ci ilin iyun ayında Əhməd Şəhidi İranda insan haqları üzrə xüsusi nümayəndəsi təyin etdi. Şəhid İrana səfər edərək ölkədə insan haqlarının vəziyyəti, siyasi və digər məhbusların vəziyyəti ilə bağlı hesabat hazırlamalı idi. İran rəsmiləri onun səfərinə icazə vermədilər, lakin Şəhid İslam Respublikasında insan haqlarının vəziyyəti ilə bağlı hesabatını açıqladı. Hesabat İran rəsmiləri tərəfindən etirazla qarşılandı.

Xəbər lenti

Xəbər lenti