...

Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradıldı

Siyasət Materials 19 Dekabr 2011 20:33 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycanın Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında fərman imzalayıb.
Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradıldı

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Prezident İlham Əliyev Azərbaycanın Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında fərman imzalayıb.

Sərəncamda qeyd olunur ki, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradılsın; "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun Əsasnaməsi" təsdiq edilsin (əlavə olunur); Gənclər Fondunun işçilərinin say həddi 10 ştat vahidi müəyyən edilsin.

Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq və Azərbaycan Prezidentinə təqdim etmək; üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat versin; Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti