Azərbaycan, Bakı, 26 dekabr /Trend/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 26-da Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sərəncamı ilə "Qazaxıstan Respublikasının müstəqilliyinin 20 ili" adlı yubiley medalı ilə təltif olunub.
XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, yubiley medalı Qazaxıstanın Azərbaycandakı Səfiri cənab Serik Primbetov tərəfindən təqdim olunub.