...

Azərbaycan təhlükəsizlik, enerji və daxili islahatlar sahəsində ABŞ üçün çox vacib ölkədir - səfir

Siyasət Materials 29 Dekabr 2011 19:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir V.Javoronkova/

Azərbaycan təhlükəsizlik, enerji və daxili islahatlar sahəsində ABŞ üçün çox vacib ölkədir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza mətbuat konfransında deyib.

"Azərbaycan bütün bu sahələrdə bizim üçün vacib ölkədir və biz onunla əməkdaşlığı davam etdirməliyik", - o qeyd edib.

Brayzanın sözlərinə görə, Azərbaycan iqtisadiyyat sahəsində bir sıra addımlar atıb.

O bildirib ki, ölkənin ÜDM-i 2004-cü ildən üç dəfə artıb, yoxsulluq isə 2003-cü ildən 49 faizdən 9 faizə düşüb.

"Biz azərbaycanlı həmkarlarımızı iqtisadi artımı diversifikasiyalaşdırmağa çağırdıq və görürük ki, iqtisadi artım öz istiqamətini dəyişir. Bununla da ölkədə iqtisadi sahədə müsbət dəyişikliklər baş verir", - səfir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti