...

Azərbaycandakı Qazaxıstan vətəndaşları parlament seçkilərində səs verə biləcəklər

Siyasət Materials 9 Yanvar 2012 11:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir S.Ağayeva/

Qazaxıstanda yanvarın 15-16-da növbədənkənar parlament seçkiləri günü bu ölkənin Azərbaycan ərazisində müvəqqəti yaşayan vətəndaşları Qazaxıstanın Bakıdakı səfirliyi yanında yaradılan seçki məntəqəsində səs verə biləcəklər. Bu barədə bazar ertəsi Trend-ə diplomatik missiyadan məlumat verilib.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev noyabrda verdiyi fərmanla dördüncü çağırış parlament Məclisini buraxıb. Partiya siyahıları üzrə seçilən Məclis deputatlarının növbədənkənar seçkiləri 2012-ci il yanvarın 15-də, Qazaxıstanın Xalq Assambleyasına seçkilər isə yanvarın 16-da keçiriləcək.

Azərbaycan Respublikasının ərazisində yaşayan və ya olan Qazaxıstan vətəndaşları bu ölkənin Azərbaycandakı səfirliyindəki 140 saylı seçki məntəqəsində yerli vaxtla saat 09:00-dan 20:00-dək səs verə bilərlər. Səsvermədə iştirak üçün Qazaxıstan vətəndaşlığını təsdiqləyən sənədin olması vacibdir.

Diplomatik missiyadan deyiblər ki, hazırda Qazaxıstanın Azərbaycandakı səfirliyinin konsul uçotunda bu ölkənin 300-ə yaxın vətəndaşı var.

Ümumilikdə, Qazaxıstan MSK-nın xaricdə 56 seçki məntəqəsi yaradılıb.

Xəbər lenti

Xəbər lenti