...

Azərbaycan deputatları Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər

Siyasət Materials 11 Yanvar 2012 18:34 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatları Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəklər.
Azərbaycan deputatları Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin deputatları Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəklər.

Milli Məclisdən çərşənbə günü Trend-ə bildiriblər ki, deputatlar yanvarın 13-də bu ölkənin Astana və Almatı şəhərlərinə səfər edəcəklər.

Yanvarın 15-nə təyin olunmuş seçkiləri deputatlardan Nizami Cəfərov və Sədaqət Vəliyeva TürkPA-nın, Rüfət Quliyev MDB Parlamentlərarası Assambleyasının, Aydın Mirzəzadə isə MDB İcraiyyə Komitəsinin xətti ilə izləyəcəklər.

Xəbər lenti

Xəbər lenti