Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir M.Əliyev/
İraq Azərbaycanla dini turizm əməkdaşlığı barədə təşəbbüslə çıxış edib.
Trend-in məlumatına görə, Bakıda səfərdə olan İraq parlamentinin Xarici əlaqələr komitəsinin sədri Hammam Hamudi bildirib ki, azərbaycanlı zəvvarların İraqın Kərbəla və Nəcəf şəhərlərindəki müqəddəs yerlərə səfərlərini təkmil formada həyata keçirmək mümkündür.
Hamidu Milli Məclisdə Azərbaycan-İraq parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə əməkdaşlıq təklifi göndərib.