...

Azərbaycan siyasi məhbus məsələsi ilə bağlı Avropa Şurasına məktub ünvanlayıb

Siyasət Materials 17 Yanvar 2012 16:24 (UTC +04:00)
Azərbaycan siyasi məhbus məsələsi ilə bağlı Avropa Şurasına (AŞ) məktub göndərib və qurumun rəhbərliyinə bununla bağlı Azərbaycanın mövqeyi çatdırılıb.
Azərbaycan siyasi məhbus məsələsi ilə bağlı Avropa Şurasına məktub ünvanlayıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan siyasi məhbus məsələsi ilə bağlı Avropa Şurasına (AŞ) məktub göndərib və qurumun rəhbərliyinə bununla bağlı Azərbaycanın mövqeyi çatdırılıb.

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Mili Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

"Azərbaycan bu məsələdə AŞ ilə konstruktiv əməkdaşlıq etməyə hazırdır. Bu problemi yalnız Azərbaycanda deyil, AŞ-yə daxil olan digər ölkələrdə də araşdırmaq lazımdır", - o deyib.

O qeyd edib ki, siyasi məhbusları yalnız Azərbaycanda axtarmaq uğursuzluqdur. Səmədov bu gün bütün Avropa üçün problem olan insan haqları məsələsini Azərbaycanda axtarmağın qəribə olduğunu bildirib.

"Biz bu məsələ ilə bağlı mövqeyimizi bildirmişik və bundan sonra da bildirəcəyik. Biz hər zaman insan haqlarını alətə çevirib Azərbaycana təzyiq göstərmək məsələsinin əleyhinə çıxmışıq və bundan sonra da çıxacağıq. Heç kim insan haqlarını alverə çevirib təzyiq vasitəsi kimi istifadə edə bilməz", - Seyidov deyib.

Xəbər lenti

Xəbər lenti