...

Yeni Azərbaycan Partiyası ilə Konrad Adenauer Fondu arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət Materials 25 Yanvar 2012 19:02 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov Almaniya Federativ Respublikasının Konrad Adenauer Fondunun Cənubi Qafqazda siyasi dialoq üzrə proqram rəhbəri xanım Canan Atılqanı qəbul edib.
Yeni Azərbaycan Partiyası ilə Konrad Adenauer Fondu arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov Almaniya Federativ Respublikasının Konrad Adenauer Fondunun Cənubi Qafqazda siyasi dialoq üzrə proqram rəhbəri xanım Canan Atılqanı qəbul edib.

Trend-in çərşənbə günü YAP-ın rəsmi saytına istinadən yaydığı məlumata görə, görüşdə Konrad Adenauer Fondu ilə Yeni Azərbaycan Partiyası arasında qarşılıqlı, faydalı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüş iştirakçıları, həmcinin, həyata keçiriləcək birgə layihələri müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti