...

Hyustonda yaşayan azərbaycanlılar və türklər Fransa konsulluğunun qarşısında aksiya keçiriblər (FOTO)

Siyasət Materials 30 Yanvar 2012 13:41 (UTC +04:00)
Hyustonda yaşayan azərbaycanlılar və türklər Fransa konsulluğunun qarşısında aksiya keçiriblər (FOTO)
Hyustonda yaşayan azərbaycanlılar və türklər Fransa konsulluğunun qarşısında aksiya keçiriblər (FOTO)

Azərbaycan, Bakı, 30 yanvar / Trend müxbir İ.İsabalayeva/

ABŞ-ın Hyuston şəhərindəki Fransa konsulluğu qarşısında Amerika Azərbaycanlıları Şəbəkəsi, Amerika Türkləri Şəbəkəsi, Hyuston Amerika Türk Dərnəyi və Hyuston Atatürkçü Düşüncə Qrupu üzvlərinin iştirakı ilə Fransa Senatının yanvarın 23-də qondarma "erməni soyqırımı" iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanunu qəbul etməsinə etiraz aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, aksiya iştirakçıları əllərində Azərbaycan və Türkiyə bayraqları tutublar. Aksiya zamanı "Fransa söz azadlığını pozub", "Fransanın ATƏT-in Minsk qrupundan çıxarılmasını istəyirik" və s. şüarlar səsləndirilib.

Aksiyada nümayişçilər Fransa Senatının bu qərarının bütün türklərə qarşı ağır ittiham olduğunu, onun söz və ifadə azadlığını kobud surətdə pozduğunu bildiriblər.

Aksiya iştirakçıları ağızlarını lentlə bağlayaraq Fransa parlamentinin bu qərarının insan haqlarını pozduğunu nümayiş etdiriblər.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti