...

Sankt-Peterburqda RAGT-nin regional şöbəsinin konfransı keçirilib (FOTO)

Siyasət Materials 3 Fevral 2012 12:41 (UTC +04:00)
Fevralın 2-də Sankt-Peterburqda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) regional şöbəsinin Azərbaycan Gənclər Gününə həsr olunmuş hesabat-seçki konfransı keçirilib.
Sankt-Peterburqda RAGT-nin regional şöbəsinin konfransı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Fevralın 2-də Sankt-Peterburqda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) regional şöbəsinin Azərbaycan Gənclər Gününə həsr olunmuş hesabat-seçki konfransı keçirilib. Konfransda şəhərin azərbaycanlı gənclərinin 250-yə yaxın nümayəndəsi iştirak edib. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Rusiyanın Sankt-Peterburqdakı Baş konsulluğundan məlumat verilib.

Konfrans RAGT-nin fəaliyyəti haqqında videoçarxın nümayişi ilə başlayıb.

RAGT-nin sədri Leyla Əliyeva adından təbrik məktubunun mətni oxunub. Məktubda RAGT-nin Rusiya və Azərbaycan gəncləri arasında dostluğun, dəstəyin və qarşılıqlı anlaşmanın möhkəmlənməsi işinə xidmət etdiyi qeyd olunub.

Leyla Əliyeva hesab edir ki, RAGT Azərbaycanın hüdudlarından kənarda ən fəal gənclər təşkilatıdır.

"Bu gün RAGT Azərbaycanın hüdudlarından kənarda ən fəal gənclər təşkilatıdır. Rusiyanın bütün regionlarında müxtəlif tədbirlər, konfranslar, seminarlar keçirilir, humanitar və mədəni layihələr reallaşdırılırr. RAGT təkcə azərbaycanlı gəncləri birləşdirmir, həm də onların Rusiya cəmiyyətinə inteqrasiyasına, Vətəndən uzaqda mədəni xüsusiyyətlərini qoruyub saxlamağa kömək edir", - Leyla Əliyevanın təbrik məktubunda deyilir.

Daha sonra konfransda gündəliyə uyğun olaraq müxtəlif məsələlər müzakirə olunub. Ümumi səsvermə ilə regional şöbənin rəhbəri Dövlət Xidməti Şimal-Qərb Akademiyasının 4-cü kurs tələbəsi Özal Rəsulov seçilib. Eləcə də 13 nəfərdən ibarət Şura üzvləri seçilib.

Sankt-Peterburq administrasiyasının adından Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının regional şöbəsini Gənclər siyasəti və ictimai təşkilatlarla qarşılıqlı fəaliyyət komitəsinin rəhbəri Aleksandr Nikolayev, Sankt-Peterburq Xarici Əlaqələr Komitəsinin nümayəndəsi Vyaçeslav İvanov, "Vahid Rusiya" partiyasının regional İcraiyyə Komitəsinin üzvü Artemi Qolitsin, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov və "Sankt-Peterburqun Azərbaycan diasporu" regional ictimai təşkilatının nümayəndələri təbrik ediblər.

Aleksandr Nikolayev öz çıxışında qeyd edib ki, Sankt-Peterburq Gənclər siyasəti və ictimai təşkilatlarla qarşılıqlı fəaliyyət komitəsinin Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə dostluq əlaqələri qurulub və komitə RAGT-nin Sankt-Peterburqdakı bütün təşəbbüslərini dəstəkləyir. O qeyd edib ki, komitə RAGT-nin regional şöbəsinə hər cür dəstək göstərməyə, eləcə də birgə tədbirlər keçirməyə hazırdır.

Sankt-Peterburq Xarici Əlaqələr Komitəsinin nümayəndəsi Vyaçeslav İvanov Sankt-Peterburqla Azərbaycan arasında mövcud slx əlaqələrdən danışıb və gənclər sahəsində əməkdaşlığın və qarşılıqlı fəaliyyətin həqiqətən inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov RAGT-nin "Odlar diyarı"nın mədəniyyətinin, adət və ənənələrinin təbliği işində xüsusi rolunu qeyd edib və Azərbaycanda gənclər siyasəti sahəsində aparılan islahatlardan danışıb.

"Vətən" regional ictimai təşkilatının rəhbəri Məzahir Həsənov azərbaycanlı gəncləri Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi ilə bağlı Azərbaycan reallıqlarının təbliğində böyük fəallıq göstərməyə və "Justice for Khojaly ("Xocalıya Ədalət!") kampaniyasını birgə dəstəkləməyə çağırıb.

"Sankt-Peterburqun Azərbaycan diasporu" regional ictimai təşkilatının nümayəndələri qeyd ediblər ki, azərbaycanlı gəncləri Sankt-Peterburqda konsulluqla birlikdə reallaşdırılan layihə və tədbirlərə fəal şəkildə cəlb etməyə və RAGT-nin regional şöbəsinin bütün ideya və təşəbbüslərini dəstəkləməyə hazırdırlar.

Xəbər lenti

Xəbər lenti