...

İraq parlamenti Azərbaycan ilə əməkdaşlıq haqqında sazişi təsdiq edib

Siyasət Materials 23 Fevral 2012 15:52 (UTC +04:00)
İraq parlamenti Azərbaycan ilə siyasi, iqtisadi və strateji sahələrdə əməkdaşlıq haqqında sazişi ratifikasiya edib.
İraq parlamenti Azərbaycan ilə əməkdaşlıq haqqında sazişi təsdiq edib

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir A.Tağıyeva/

İraq parlamenti Azərbaycan ilə siyasi, iqtisadi və strateji sahələrdə əməkdaşlıq haqqında sazişi ratifikasiya edib. Bu barədə cümə axşamı Trend-ə İraqın Azərbaycandakı səfiri Heydər Şiyə əl-Barrak bildirib.

Onun sözlərinə görə, ölkə parlamenti bu məsələyə bir neçə ay ərzində baxıb. Parlamentin deputatları çərşənbə günü səs veriblər.

Səfirin sözlərinə görə, sazişin ratifikasiyasına İraq parlamentinin Xarici əlaqələr komitəsinin rəhbəri Hammam Hamudinin Azərbaycana son səfəri şərait yaradıb.

Xəbər lenti

Xəbər lenti