...

Azərbaycan Cənub-Şərqi Asiya ilə münasibətlərini Sinqapur vasitəsilə fəallaşdırmaq niyyətindədir – səfir (FOTO)

Siyasət Materials 27 Fevral 2012 13:14 (UTC +04:00)
Azərbaycan Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərini fəallaşdırmaq və bu niyyətini Sinqapur vasitəsilə həyata keçirmək fikrindədir.
Azərbaycan Cənub-Şərqi Asiya ilə münasibətlərini Sinqapur vasitəsilə fəallaşdırmaq niyyətindədir – səfir (FOTO)

Azərbaycan, Bakı, 27 fevral / Trend, müxbir S.Ağayeva/

Azərbaycan Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərini fəallaşdırmaq və bu niyyətini Sinqapur vasitəsilə həyata keçirmək fikrindədir. Trend-in məlumatına görə, bunu Azərbaycanın İndoneziya, eyni zamanda, Filippin, Timor-Leste və Sinqapurda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev Sinqapurun xarici işlər naziri Kasivisvanat Şanmuqamla görüşündə bildirib.

Qarayev Azərbaycan hökuməti tərəfindən region ölkələri ilə iqtisadi əlaqələrin fəallaşdırılmasının və bunun məhz Sinqapur vasitəsi ilə həyata keçirilməsinin arzulandığını qeyd edib.

Azərbaycanlı diplomat ölkələrimiz arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb və həmkarını Azərbaycana səfərə dəvət edib. Qarayev Azərbaycan ilə Sinqapur arasında parlamentlərarası dostluq qrupunun, o cümlədən hökumətlərarası iqtisadi komissiyanın yaradılması üzrə birgə işlərin aparılmasını təklif edib.

Nazir Şanmuqam Sinqapurun Azərbaycan ilə hər zaman əməkdaşlığa hazır olduğunu və Sinqapurun da Cənubi Qafqaz regionunda əsas fəaliyyətinin Azərbaycanda cəmləşdiyini bildirib.
Görüş zamanı ölkələr arasında müqavilə-hüquq bazasının yaradılmasının vacibliyi qeyd edilib və hər iki tərəfdən dövlətlərarası müqavilə layihələrinin 2012-ci il ərzində hazırlanıb qarşı tərəfə təqdim olunması ilə bağlı razılıq əldə edilib.

Xəbər lenti

Xəbər lenti