...

İran BAEA-nın suallarına cavab verməyə borclu deyil - səfir

Siyasət Materials 29 Fevral 2012 09:00 (UTC +04:00)
İran nüvə silahının yayılmaması haqqında müqaviləyə (NPT) əsasən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) suallarına cavab verməyə borclu deyil. Bu barədə çərşənbə axşamı Trend-ə İranın BAEA-dakı səfiri Əli Əsgər Sultaniyə bildirib.
İran BAEA-nın suallarına cavab verməyə borclu deyil - səfir

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbirlər D.Xatınoğlu, E.Tariverdiyeva/

İran nüvə silahının yayılmaması haqqında müqaviləyə (NPT) əsasən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) suallarına cavab verməyə borclu deyil. Bu barədə çərşənbə axşamı Trend-ə İranın BAEA-dakı səfiri Əli Əsgər Sultaniyə bildirib.

"Buna rəğmən, İran və BAEA nüvə fəaliyyətimizlə bağlı bəzi şübhələri aradan qaldırmaq üçün danışıqların strukturu haqqında razılığa gələ bilərlər", - o qeyd edib.

Sultaniyənin sözlərinə görə, BAEA-nın Qərbin düşündüyü İranın nüvə proqramının şübhəli hərbi aspektləri məsələsi üzrə ölkəyə qarşı bir neçə sualı olub və Tehran bu şübhələri aradan qaldırmağa hazırdır.

"İranın BAEA-nın suallarına cavab vermək qərarına gəlməsi çox vacib addım idi. Halbuki bu, NPT iştirakçılarının hüquqi öhdəliklər dairəsinə daxil deyil. Biz hərbi obyektlərimizi BAEA-ya göstərmək baxımından heç bir hüquqi öhdəlik daşımırıq", - səfir vurğulayıb.

"Biz hər iki tərəfin öhdəliklərini müəyyənləşdirmək üçün öncə BAEA ilə razılığa gəlməliyik ki, BAEA Parçindəki hərbi-sənaye kompleksinə baş çəkməyi tələb edə bilsin", - Sultaniyə bildirib.

Xəbər lenti

Xəbər lenti